Bu iddia Avropanı ÖZÜNDƏN ÇIXARDI: “Rusiya hər gün 10 milyon dollarlıq qaz yandırır”

Bu iddia Avropanı ÖZÜNDƏN ÇIXARDI: “Rusiya hər gün 10 milyon dollarlıq qaz yandırır”

Rusiyanın Finlandiya ilə sərhədi yaxınlığındakı obyektdən çəkilən görüntülər Avropanı qəzəbləndirib.

Sfera.az bildirir ki, Finlandiya vətəndaşları bir müddət bundan əvvəl Sankt-Peterburqun şimal-qərbindəki Portovayadakı qaz zavodunda alov gördüklərini deyiblər. Ərazidə araşdırma aparan tədqiqatçılar iyun ayından etibarən obyektdən yayılan istiliyin əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

 

Peykdən gələn görüntülər isə obyektdə hər gün əhəmiyyətli miqdarda təbii qazın yandığını ortaya çıxarıb. Sözügedən hadisə mütəxəssisləri də çaşdırıb. Mayami Universitetindən Jessica McCarty, "Mən əvvəllər heç bir müəssisədə bu qədər parlaqlıq görməmişdim. İyun ayında başlayan parıltı heç vaxt sönmədi və qeyri-adi dərəcədə yüksək olaraq qaldı”, deyə söyləyib.

 

“Rystad Energy” şirkəti  Finlandiya sərhədi yaxınlığındakı zavodda hər gün təxminən 4,34 milyon kubmetr qazın yandığını iddia edib. Qeyd olunub ki, bu, gündə 10 milyon dollarlıq qazın yanması deməkdir. Mütəxəssislər burada yandırılan qazın əvvəllər Almaniyaya ixrac edildiyini vurğulayıblar.

 

Obyektdəki bu əməliyyat təbii qaz uğrunda mübarizə aparan Avropa qədər, alimləri də narahat edib. Mütəxəssislər yanmanın ətraf mühitə təsirlərinə diqqət çəkib və bildiriblər ki, çoxlu miqdarda karbon qazının buraxılması Arktika buzlaqlarının əriməsini və qlobal istiləşməni daha da gücləndirə bilər. Rusiyanın enerji nəhəngi “Qazprom” isə bu istiqamətdə ona ünvanlanan suallarını hələlik cavabsız qoyub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR