Müğənni Gülşən sərbəst buraxılacaq? – Vəkili açıqladı

Müğənni Gülşən sərbəst buraxılacaq? – Vəkili açıqladı

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Gülşənlə bağlı həbs qərarı verilib və o, həbsxanaya aparılıb.

 

Sfera.az bildirir ki, ifaçının vəkili Emek Emre bununla bağlı yeni açıqlama verib.

 

O, fikrini bu cür ifadə edib:

 

“Türkiyə hüquq dövlətidir, müvəkkilim üçün də qanunun ədalətli və bərabər şəkildə tətbiq olunmasını gözləyirdik. Gülşən xanım hər hansı cinayət törətməyib. Hadisənin aşağı və yuxarı həddinə nəzər saldıqda həbs-qətimkan tədbirinin çox yersiz olduğunu hesab edirəm. İnanırıq ki, prosedura və qanuna zidd olan bu qərar apellyasiya şikayəti nəticəsində ləğv olunacaq”.

 

Vəkil qeyd edib ki, bu gün aidiyyatı orqanlara müraciət ediləcək və məsələ diqqətlə izləniləcək:

 

“Təəssüf ki, belə bir qərarın çıxacağını gözləmirdik. İddia edilən cinayət və hökmü nəzərə alsaq, bunun kritik ölçüləri ola bilər. Mən bir hüquqşünas kimi bu fikirdəyəm ki, iddia edilən cinayət hüquqi baxımdan baş verməyib. Biz həbs tədbirinin qeyri-mütənasib olduğunu düşünürük”.

Qeyd edək ki, Gülşən İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılmışdı.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR