Suriyada ABŞ hərbi bazaları vuruldu
Kateqoriya məlum deyil
Suriyanın şərqindəki Deyr əz-Zor şəhərində ABŞ qüvvələrinin yerləşdiyi "Ömər" və "Kuniko" qaz yataqları ətrafında raket hücumları həyata keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hücumda amerika əsgərlərinin yüngül yaralandığını və hücuma cavab verildiyini açıqlayıb.
Turan Rzayev,
Sfera.az






