İndoneziya 5 balla SİLKƏLƏNDİ
Kateqoriya məlum deyil
İndoneziyanın Benqkulu şəhərində 5 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ Benqkulunun 116 kilometr cənub-qərbində və 35 kilometr dərinlikdə qeydə alınıb.
İnsan tələfatı və dağıntı yoxdur.
Turan Rzayev,
Sfera.az






