Ərdoğan həyatımızı xilas etdi - Baş nazir
Kateqoriya məlum deyil
Türkiyə prezidenti olmasaydı, peyvəndlərimiz olmayacaqdı.
Sfera.az xəbər verir ki, bu sözləri Albaniya Baş naziri Edi Rama deyib.
O, siyasi paneldə çıxışı zamanı Türkiyənin koronavirus pandemiyası dönəmində dəstəyinə xüsusi toxunub:
“Geosiyasi müzakirələrədə Qərbi Balkanlara üçüncü tərəflərin daxil olmaması gərəkdiyini bildiririk. Lakin ölüm-qalım məsələsindən söhbət gedəndə Qərbi Balkanlarda həyatı xilas edən Çin, Rusiya və Türkiyədir. Türkiyə prezidenti olmasaydı, peyvəndlərimiz də olmazdı”.






