Logo

17 yaşlı oğlan dünyanı dövrə vuran ən gənc pilot oldu

17 yaşlı oğlan dünyanı dövrə vuran ən gənc pilot oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

17 yaşlı pilot 5 ay əvvəl səyahətinin başladığı Bolqarıstanda eniş etdikdən sonra kiçik bir təyyarə ilə dünyanı tək başına uçan ən gənc insan adını qazanıb.

Belçika-Britaniya ikili vətəndaşı olan Mak Ruterford Bolqarıstanın paytaxtı Sofiyanın qərbindəki hava zolağına enərək iki nailiyyətlə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Belə ki, Ruterford təkbaşına dünya ətrafında uçan ən gənc insan olmaqla yanaşı, həm də bunu kiçik mühərrikli təyyarə ilə bacaran ilk gənc olub.

O, gənclərin uğur qazana biləcəyini göstərməyə çalışdığını bildirib.

“Yaşınızın neçə olmasından asılı olmayaraq arzularınızın arxasınca gedin - çox çalışın və hədəflərinizə çatmaq üçün irəliləyin”, - deyə dünya rekordçusu bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR