Duqindən qızına son vida: Tabutun yanında tək oturdu və ...

Duqindən qızına son vida: Tabutun yanında tək oturdu və ...

Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqin sui-qəsdə qurban gedən qızı ilə vidalaşıb.

 

Sfera.az bildirir ki, bu gün Darya Duqinanın dəfn mərasimi keçirilib. Mərasimə qatılan ata tabutun yanında tək oturub və heç kimlə danışmayıb.  

 

Digər tərəfdən “Ukrayna işğalının mənəvi atası” olaraq bilinən Duqin ötən günkü açıqlamasında bu ifadələrə yer verib:

“Hamımıza məlum olduğu kimi, Ukrayna rejimi qızımı Moskvadakı ənənəvi festivaldan qayıdarkən gözlərimin önündə vəhşi partlayışla öldürdü. O, dərin fikirlərində həmişə hörmətli və təmkinli olub. Rusiyanın düşmənləri onu məkrli şəkildə öldürdülər. Bu cür dözülməz zərbələr bizi, xalqımızı qıra bilməyəcək. Onlar bizim ən zəiflərimizə qarşı qanlı terror hücumları ilə iradəmizi qırmaq istəyirdilər, amma bacarmayacaqlar”.

 

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinanın ölümü ilə bağlı məlumat yayıb. Məlumata əsasən, guya, jurnalistin ölümü Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib və D.Duqinanın yaşadığı binada mənzil kirayələyib. Vovk qətli törədəndən sonra - 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...