Logo

Rusiya bu hava limanlarına uçuş məhdudiyyətlərini uzatdı 

Rusiya bu hava limanlarına uçuş məhdudiyyətlərini uzatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın cənub və mərkəzi bölgələrindəki 11 hava limanına uçuşların məhdudlaşdırılması rejimi 2022-ci il avqustun 29-dək uzadılıb.

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.

Qeyd olunur ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.

Xatırladaq ki, fevralın 24-də Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya ölkənin cənub və mərkəzi hissələrində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.

Turan Rzayev,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR