Süni qızıl hazırlanacaq

Süni qızıl hazırlanacaq

İsrailin Texnion universitetinin tədqiqatçılar ilk dəfə olaraq laboratoriya şəraitində süni qızıl yetişdirməyə nail olublar.

 

Sfera.az-ın məlumatına görə, bu barədə "Jerusalem Post” xəbər yayıb. Bu kəşf universitetin mühəndislik fakültəsinin aspirantı, professor Boaz Pokroyun rəhbərliyi altında çalışan Mariya Koyfman Kristosofun əl işidir. Alimlər süni qızılın alınması prosesinin təfərrüatlarını "Nature Communications” jurnalında dərc etdiriblər.

 

Qeyd edək ki, Texnion İsrailin texniki elmlər üzrə ixtisaslaşmış aparıcı ali məktəblərindən biridir. Ötən əsrin 80-ci illərində optik liflərin ixtirası məhz burada reallaşıb. Universitetin əməkdaşları kimya elminin inkişafına böyük töhfə veriblər.

 

Bu səbəbdən Texnionda dünyada ilk dəfə süni qızılın yetişdirilməsi heç də təəccüblü deyil. "Süni qızıl yaradılması üzərində biz sırf elmi maraq güdmüşük”, - deyə Mariya Koyfman Kristosof bildirib. O, qeyd edib ki, alınmış material təbii qızıl qarşısında bir çox potensial üstünlüyə malikdir.

 

Yüksək elektrik və istilik keçiriciliyi qabiliyyətinə malik süni qızıl yüksək temperatura qarşı davamlılığı, habelə möhkəm olması ilə seçilir.

 

 

Publika.az //

Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...