Logo

Putinin məsləhətçisinin qızının ölümündə Ukrayna günahlandırılır

Putinin məsləhətçisinin qızının ölümündə Ukrayna günahlandırılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya təhlükəsizlik qüvvələri rus ideoloqu və Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinin ölümünü araşdırır.

Sfera.az xəbər verir ki, Rusiya mediası ölümün avtomobilin partlaması nəticəsində baş verdiyini yazır.

Hadisə şahidlərinin sözlərinə görə, Daria Duqinin idarə etdiyi avtomobildə partlayış avtomobilin altında baş verib. Bundan sonra avtomobili alovlara bürünüb, o, yoldan çıxaraq magistral yolun yaxınlığındakı binaya çırpılıb.

Rusiyada bəzi təbliğatçılar avtomobilin partladılmasında ukraynalı “millətçilər”i günahkar bilir və bununla bağlı fərziyyəni fəal şəkildə təbliğ edirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR