Mardində yol qəzasında ölənlərin sayı 16 nəfərə çatdı
Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.
Onun sözlərinə görə, xəsarət alan 29 nəfərdən 8-nin vəziyyəti ağırdır.
"Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Xəsarət alnların müalicəsi üçün bütün vasitələr səfərbər edilib. Arzumuz Qaziantep və Mardində baş verən yol qəzalarına görə yeni ağrılar yaşamamaqdır".
İkinci bir trafik kazası haberiyle daha sarsıldık. Mardin’in Derik ilçesi üç yol mevkiinde freni patlayan tırın kalabalığın arasına girmesi sonucu meydana gelen kazada 16 kişi hayatını kaybetti, 8’i ağır olmak üzere 29 kişi yaralandı.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) August 20, 2022






