Logo

"Neftçi" üstünlüyünü qoruya bilmədi, "Sabah" qalib gəldi

"Neftçi" üstünlüyünü qoruya bilmədi, "Sabah" qalib gəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Sfera.az xəbər verir ki, günün yeganə matçında "Neftçi" "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 37-ci dəqiqəsində "Sabah"ın futbolçusu Kristian Sebalyos penaltini dəqiq yerinə yetirə bilməyib. Hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Yusuf Laval açıb. 78-ci dəqiqədə "Sabah"dan Aleksey İsayev penaltidən tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə isə Emanuel Apeh penaltini dəqiq yerinə yetirməklə, komandasına qələbə qazandırıb.

Bununla xallarını 9-a çatdıran "Sabah" liderliyini möhkəmlədib. "Neftçi" isə 6 xalla 2-ci pillədə qərarlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR