Logo

Kissincer yenə Ukraynadan danışdı: “Müharibənin uzanması təhlükəlidir”

Kissincer yenə Ukraynadan danışdı: “Müharibənin uzanması təhlükəlidir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukraynada münaqişənin uzanmasının qlobal hərbi eskalasiyaya gətirib çıxaracağını söyləyib.

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

O, Ukraynadakı münaqişənin danışıqlarla bitməli olduğunu vurğulayıb.

"Hesab edirəm ki, Ukraynaya NATO-ya üzvlük təklifi səhv idi... Ona görə də danışıqlar aparılmalıdır və müharibənin qeyri-müəyyən müddətə uzanmasına imkan verilməməlidir. Çünki o zaman bu, I dünya müharibəsinə bənzəyəcək və bu, dərin eskalasiyaya gətirib çıxaracaq”, - deyə Kissincer bildirib.

ABŞ-ın keçmiş dövlət katibi NATO-ya üzv ölkələrin tezliklə danışıqların mümkün nəticəsi barədə öz aralarında razılığa gələcəyinə ümid etdiyini də bildirib.

"Mənim təklifim müharibə başlamazdan əvvəl mövcud olan xəttə geri dönülməsidir. Bu isə o deməkdir ki, Rusiya bu müharibədə əvvəllər ələ keçirdiyi Ukrayna ərazisinin 15-20%-dən imtina etməli olacaq. Bundan sonra NATO Rusiya ilə uzunmüddətli münasibətlərinin necə olacağını düşünməlidir”, - Kissincer hesab edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR