Logo

“Rusiyanın döyüş təyyarələrinin yarıdan çoxu sıradan çıxıb”

“Rusiyanın döyüş təyyarələrinin yarıdan çoxu sıradan çıxıb”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Krımda rus qoşunlarının müvəqqəti işğal etdiyi Novofedorovka yaxınlığında yerləşən “Saki” hərbi aerodromunda avqustun 9-da baş verən partlayışlar nəticəsində Rusiya Federasiyası Qara Dəniz Donanmasının döyüş təyyarələrinin yarıdan çoxu sıradan çıxıb”.

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” Qərb rəsmisinə istinadən yazır.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Rusiya Qara Dəniz Donanması üçün indi yalnız ara-sıra raket zərbələri endirən “sahil müdafiə flotiliyası” funksiyalarından başqa hər hansı digər tapşırıqları yerinə yetirmək çətindir.

“İşğalçıların sözügedən donanmadan istifadə edərək Ukraynanı Odessaya enişlə hədələmək cəhdləri uğursuzluqla nəticələnib”, - deyə o əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR