"Türkiyəyə ikinci S-400-ün tədarükü..." - Rusiya
Kateqoriya məlum deyil
"Rusiyanın S-400 zenit-raket kompleksinin ikinci alayının tədarükü ilə bağlı müqavilə imzalanıb. Hazırda müqavilə icra olunur".
Sfera.az xəbər verir ki, bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.
O, Türkiyənin Rusiyanın mühüm tərəfdaşı olmaqda davam etdiyini, iki dövləti sıx ticarət və iqtisadi əlaqələrin birləşdirdiyini və ikitərəfli əməkdaşlığın bir çox sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıqda inkişaf etdiyini vurğulayıb.
Turan Rzayev,
Sfera.az






