“ABŞ İranı yeni müharibəyə cəlb edəcək” - Açıqlama

“ABŞ İranı yeni müharibəyə cəlb edəcək” - Açıqlama

“İranın Rusiyaya PUA verdiyi sirr deyil və Qərblə Rusiya arasında davam edən siyasi-hərbi konfontrasiyada Tehran bitərəfliyini qorumayaraq Moskvanın işğal siyasətinin yanında yer alır”.

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, bu hərbi dəstək Qərb tərəfindən Tehrana baha başa gələcək:

 

“Vaşinqton Rusiyanı Ukrayanada məğlub etdikdən sonra, İranı yeni müharibəyə cəlb etməsi mümkündür. Tehran məhz Rusiyanın məğlub olmaması üçün əlindən gələn hərbi dəstəyi edəcək. Təbii ki, bura Rusiya üçün xüsusi əhəmiyyət kəsb edən PUA-nın verilməsidir. İran təkcə Qərbə qarşı  Rusiyanı dəstəkləməklə deyil, digər cəbhədə də yer alır. Bu, Cənubi Qafqazda Azərbaycan və Türkiyəyə qarşı olmaq üçün Ermənistanı dəstəkləməkdir. Tehran ikinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan tandeminə qarşı mövqe ortaya qoyur. Məhz Tehran regionda sülhün əleyhinə olmaqla Ermənistanı siyasi olaraq tam dəstəkləyir. Bundan sonra da onun silahlanmasında yer almağı planlayıb. İranda keçirilən PUA təlimində Ermənistan hərbçilərinin  də yer alması bunu  deməyə əsas verir”.

 

Ekspert bildirib ki, Tehran Ermənistanı müasir PUA-larla təchiz edəcəksə, Cənubi Qafqazda özünə qarşı yeni cəbhə aça bilər:

 

“Yeni cəbhənin açılması isə Tehranın bütün cəbhələrdə məğlub olmasını şərtləndirəcək. Bu gün prezident İlham Əliyevin İranla bağlı siyasətində dost və qarşılıqlı etimada əsaslanan siyasət durur. Amma, İran bu siyasəti tərs qəbul edərək Azərbaycana qarşı dini  məzhəbsəl pərdəarxasında hibrid müharibə aparır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...