Çində dərc olunan “Ağ kitab”da nələr yazılıb? – Tayvanda həyəcan

Çində dərc olunan “Ağ kitab”da nələr yazılıb? – Tayvanda həyəcan

Çin-Tayvan gərginliyi fonunda ötən günlərdə Pekində yayımlanan “Ağ kitab” əsəri diqqət çəkib. Çin sözügedən sənədi hər iki ildən bir dərc edir və burada növbəti illər üçün ölkənin milli təhlükəsizlik strategiyası bəyan olunur.

Maraqlıdır, “Ağ kitab”da nələr var?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu qeyd edib ki, sənəddə növbəti dəfə Tayvana Çinlə “bir ölkə, iki sistem” əsasında birləşmək təklif olunub:

 

“Hazırkı “Ağ kitab”ın “Tayvan məsələsi və yeni dövrdə Çinin yenidən birləşməsi” bölməsində yazılıb ki, Tayvan Çinlə birləşməkdən imtina edərsə, problem güc yolu ilə həll oluna bilər:

 

“Pekin adanı Çinə birləşdirmək üçün bütün imkanlardan istifadə edəcək, Tayvanın müstəqilliyinə çalışan separatçı fəaliyyətlərlə heç zaman barışmayacaq. Çin ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün möhkəm qətiyyət nümayiş etdirməyə hazırdır”.

 

Kitabda yazılana görə, Pekinin qətiyyətli addımlardan Tayvanda yaşayan dinc sakinlər zərər görməyəcəklər:

 

“Güc yalnız başqa vasitələrə seçim qalmadıqda istifadə ediləcək”.

 

Bu cümlə bir daha ondan xəbər verir ki, Pekin hərbi gücdən istifadə edəcəyini istisna etmir”.

 

Politoloq “Ağ kitab”ın Tayvanda hansı reaksiyaya səbəb olduğuna da toxunub:

 

““Reuters” agentliyi bu suala cavab tapmaq üçün Tayvanı idarə edənlərə müraciət edib. Onlar həm Pekinin “Ağ kitabını”, həm də “bir ölkə, iki sistem” prinsipini rədd ediblər. Ümumiyyətlə Pekinin dərc etdiyi “Ağ kitab” bir daha göstərir ki, Çin gec və ya tez Tayvan adasını özünə biləşdirəcək. Bu danışıqlar yolu ilə baş verərsə, hamı rahat nəfəs alacaq, yox əgər hərbi toqquşma ehtimalı artarsa, beynəlxalq vəziyyət gərginləşəcək. Dünyada Rusiya-Ukrayna savaşına bənzər durum yaşanacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...

Zaxarova: "XİN başçılarının “3+3” formatında növbəti görüşünə hazırlıq gedir"

Xarici işlər nazirləri səviyyəsində “3+3” formatında növbəti görüşə hazırlıq davam edir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xari...

Azərbaycan və Çin"yaşıl enerji keçidi" sahəsində birgə fəaliyyəti müzakirə etdi

Azərbaycan və Çin arasında “yaşıl enerji keçidi” sahəsində birgə fəaliyyətin təşkili müzakirə edilib.   Sfera.az xəbər verir ki, bu barəd...