Rusiyanın gündəm olan YENİ SİLAHI: Tank əleyhinə raket daşıyan robot it - FOTO

Rusiyanın gündəm olan YENİ SİLAHI: Tank əleyhinə raket daşıyan robot it - FOTO

Rusiyanın təşkil etdiyi “ARMY-2022” beynəlxalq silah sərgisində təqdim etdiyi “robot it” sosial mediada ən çox danışılan mövzulardan birinə çevrilib.

 

Sfera.az bildirir ki, RİA xəbər agentliyinin ötürdüyü kadrlarda Rusiyanın “Machine Intellect” mühəndislik şirkəti tərəfindən istehsal olunan “robot it”in yeridiyi, yerə uzandığı və arxasına quraşdırılmış tank əleyhinə reaktiv yaylım atəşi ilə fırlandığı görüntülənib.

 

Bildirilib ki, yarmarkada silah daşıma və atəşə tutma qabiliyyəti təqdim edilən “M-81 Kompleksi” adlı “robot it” hədəf təyin etmək, nəzarət kimi funksiyalara da malikdir. Şirkətin sözçüsü RİA-ya açıqlamasında deyib ki, “robot it”dən dərmanların daşınması və dağıntıların tədqiqi kimi mülki rollarda da istifadə oluna bilər. Arxaya quraşdırılmış “RPG-26 tank əleyhinə yaylım atəşi qurğusu” ilə yarmarka meydançasında bacarıqlarını nümayiş etdirən “robot it”in görüntüləri qısa müddətdə sosial mediada yayılıb.

 

"Insider" onlayn qəzeti Rusiyanın silah sərgisində qürurla nümayiş etdirilən “robot it”in əslində hər kəsin orta hesabla 2500 funt-sterlinqə ala biləcəyi Çinli "ev köməkçisi" olduğunu iddia edib. Müqayisələrdə Rusiyanın yeni silahı ilə Çinin “Unitree Robotics” şirkətinin istehsal etdiyi “Go1” robotu arasında vizual oxşarlıqların olduğu diqqətə çatdırılıb. Rusiya şirkəti hələlik oxşarlıq barədə açıqlama verməyib.

 

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...