Logo

Rəisinin populyarlığı kəskin AZALDI: Gənclərin yarısı İranı tərk etmək istəyir - STATİSTİKA

Rəisinin populyarlığı kəskin AZALDI: Gənclərin yarısı İranı tərk etmək istəyir - STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Stasis” məlumatların təhlili şirkətinin apardığı son rəy sorğusuna əsasən, İran Prezidenti İbrahim Rəisinin "qeyri-populyarlıq" səviyyəsi iyulun son həftəsində 61%-ə çatıb, iranlı gənclərin 49%-i İrandan mühacirət etməyə meyllidir.

Sfera.az xəbər verir ki, iranlıların 54%-i isə parlamentin qəbul etdiyi “Kiberməkanın qorunması planı”nın ölkədə internet və kiberməkanı senzura edilməsi məqsədini güddüyü qənaətindədir.

Rəy sorğusunun nəticələrinə görə, İbrahim Rəisinin "qeyri-populyarlıq" dərəcəsi iyulun son həftəsində 61%-ə yüksəlib. Bununla belə, parlament sədri Məhəmməd Baqir Qalibafın 62%-lə və keçmiş prezident Həsən Ruhaninin 70%-lə qeyri-populyarlığı hələ də Rəisidən yüksəkdir.

Sorğuya görə, Rəisinin populyarlığı kəskin şəkildə azalıb və iyulun son həftəsində 33%-ə çatıb. Halbuki Mahmud Əhmədinejadla bağlı bu nisbət 65% təşkil edir.

Turan Rzayev,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR