Zelenskinin müşaviri yeni hücumların anonsunu verdi

Zelenskinin müşaviri yeni hücumların anonsunu verdi

Rusiya-Ukrayna müharibəsi fonunda Zelenskinin müşaviri Mixail Podolyakın son açıqlaması diqqət çəkib.

Sfera.az bildirir ki, o, “Guardian”a verdiyi açıqlamada ötən həftə Krım aviabazasında baş verənlərə bənzər yeni hücumlar proqnozlaşdırıb.

 

“Krımda dəmiryol qovşağına və aviabazaya, o cümlədən, keçən həftə yarımadanın Saki hava limanında Rusiya döyüş təyyarələrinə edilən hücuma oxşar yeni həmlələr mümkündür. Bizim strategiyamız logistika, təchizat xətləri, sursat anbarları və digər hərbi infrastruktur obyektlərini məhv etməkdir”.

 

Podolyak həmçinin qeyd edib ki, Kiyevin yanaşması Moskvanın Donbassın şərqində ərazi ələ keçirmək üçün iti artilleriyadan istifadə etməsinə mane olub və bu, rus qoşunlarının növbə ilə Mariupol və Syeverodonetsk kimi şəhərləri məhv etməyə sövq edib:

 

“Rusiya hamıya öyrətdi ki, əks-hücum nəhəng yumruq kimi çoxlu insan qüvvəsi tələb edir. Ukraynanın əks-hücumları isə çox fərqli görünür. Biz 60-70-ci illərin, keçən əsrin taktikasını işlətmirik. Krım körpüsünə gəldikdə isə onu qanuni hərbi hədəf kimi görürəm. Bu, qeyri-qanuni tikintidir və Krımda rus ordusunu təchiz etmək üçün əsas qapıdır. Belə obyektlər məhv edilməlidir”.

 

Qeyd edək ki, Rusiya Krımın Cankoy rayonundakı sursat anbarında dünən baş verən yanğının partlayışlara səbəb olduğunu bildirib. Ukrayna son hücumlara görə məsuliyyəti üzərinə götürməyib. Rusiya müdafiə nazirliyi isə təxribat halları ilə məşğul olduğunu və növbəti insidentlərin qarşısını almaq üçün “lazımi tədbirlər”in görüldüyünü bildirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...