Logo

Pakistanda avtobusla yük maşını toqquşdu, onlarla insan öldü

Pakistanda avtobusla yük maşını toqquşdu, onlarla insan öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Pakistanın şərqindəki Pəncab əyalətində sərnişin avtobusu ilə benzin daşıyan yük maşınının toqquşması nəticəsində 20 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Sfera.az-ın məlumatına görə, avtobus Pəncab əyalətinin inzibati mərkəzi Lahordan Sind əyalətinin mərkəzi Kəraçiyə gedərkən Pəncabın Cəlalpur-Pirvala rayonunda magistral yolda yanacaq daşıyan yük maşını ilə toqquşub, nəticədə güclü yanğın baş verib. Hadisə zamanı avtobusun 18 sərnişini həlak olub.

Əraziyə yol polisi və xilasedicilər gəlib. Yaralılardan 8-i yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan ikisi həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Xilasedicilərin verdiyi məlumata görə, avtobusda sürücü, konduktor və 24 sərnişin olub. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR