İranla Əfqanıstan arasında GƏRGİNLİK: Sərhədə qoşun TOPLANILIR

İranla Əfqanıstan arasında GƏRGİNLİK: Sərhədə qoşun TOPLANILIR

İran-Əfqanıstan sərhədində silahlı qarşıdurma baş verib və hər iki tərəfin sərhəd qüvvələri bir-birlərinə ağır və yüngül silahlardan atəş açıblar.


Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sosial media hesablarında məlumat yayılıb. 


Məlumatda atışmanın Sistan-Bəlucistan əyalətinin Hirmənd bölgəsinin Şoğalək kəndi yaxınlığında baş verdiyi bildirilir.


İran mediasının iddiasına görə, silahlı qarşıdurmaya səbəb Taliban sərhədçilərinin sərhədə yaxın bölgələrdə işləyən İran əkinçilərinə maneçilik törətmələri olub.


Taliban hökumətinin yerli nümayəndələri İran tərəfinin iddialarını rədd edib və İran sərhədçilərinin Əfqanıstan ərazisinə girdiyi üçün onlara cavab verildiyini bildiriblər.


Qeyd edək ki, son aylar İranla Əfqanıstan arasında gərginlik artıb və hər iki ölkə sərhədə ağır texnika və canlı qüvvə cəmləşdirməyə davam edir.


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayı...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.   Sfera.az-ın xə...

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...