Logo

Ermənistanın keçmiş deputatı, Daşnaksütyun partiyasının üzvü HƏBS EDİLDİ

Ermənistanın keçmiş deputatı, Daşnaksütyun partiyasının üzvü HƏBS EDİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Keçmiş deputat, Daşnaksütyun partiyasının üzvü Suren Manukyan həbs edilib.

Sfera.az xəbər verir ki, bu barədə Manukyanın vəkili Sergey Voskanyan Facebook səhifəsində yazıb.

Suren Manukyan sabiq deputat Xaçatur Kokobelyanın atasını qaçırmaqda ittiham olunur.

“Müdafiə tərəfinin təqdim etdiyi çoxsaylı faktlara , iddia edilən insidentdə iştirakını inkar etməsinə baxmayaraq məhkəmə Suren Manukyanın həbsinə qərar verib.

Biz həbs qərarı ilə qətiyyən razı deyilik, onu qanunsuz və əsassız hesab edirik, ona görə də onu aldıqdan sonra qeyd olunan müddətdə Apellyasiya Məhkəməsinə şikayət veriləcək”,- deyə o yazıb.

Qeyd edək ki, Manukyan bunu “növbəti siyasi şou” hesab edərək ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Xəbər verildiyi kimi, Azad Demokratlar Partiyasının sədri Xaçatur Kokobelyan atasının oğurlanması işi ilə bağlı Suren Manukyan və daha iki nəfərin saxlanılıb. Polis  keçmiş deputatın atasının qaçırıldığını və pul tələb etdiyini bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR