Logo

"Əl-Şəbab"a ölümcül zərbə - Terrorçular məhv edildi

"Əl-Şəbab"a ölümcül zərbə - Terrorçular məhv edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Somali və ABŞ Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində "Əl-Şəbab" terrorçularına ağır zərbələr endirilib.

Sfera.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Zərbələr nəticəsində 13 terrorçu zərərsizləşdirilib. Əməliyyat Hiran bölgəsində keçirilib. Ölənlər arasında "Əl-Şəbab" komandirləri də var.

ABŞ-ın Afrika Komandanlığı əməliyyatla bağlı hələlik rəsmi məlumat yaymayıb.

ABŞ hərbi kontingenti 2021-ci ilin yanvarında Somalidən tamamilə çıxarılıb, lakin Komandanlıq Somali ərazisindəki hədəfləri vurmaq üçün qonşu Afrika ölkələrində yerləşən pilotsuz uçuş aparatlarından istifadə edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR