Logo

“Trampın oğurladığı sənədlər o qədər məxfidir ki...” - Eks-prezident ətrafında həlqə daralır

“Trampın oğurladığı sənədlər o qədər məxfidir ki...” - Eks-prezident ətrafında həlqə daralır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Donald Trampın oğurladığı sənədlər o dərəcədə vacibdir və məxfidir ki, FTB agentləri bu sənədlərə əllə toxunan şəxslərin kimliyini müəyyənləşdirmək üçün, hər sənəddən barmaq izlərini çıxarmağa başlayıblar”.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ mediasında paylaşılan insayd informasiyalarda bildirilir.

Xatırladaq ki, keçmiş Prezident və onun yaxın çevrəsi Rusiya xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıqda ittiham olunur və FTB geniş təhqiqatlar aparır. Bu çərçivədə ABŞ-ın Baş prokurorunun verdiyi sanksiya əsasında Trampın malikanəsində əməliyyat keçirilib. İttihamlar təsdiqlənərsə, məhkəmə Tramp haqqında 250 illik cəza barədə qərar verə bilər.

Bu arada konqresmenlər milli kəşfiyyat rəhbəri Avril Haynsı Trampın oğurluğunun nəticəsində ABŞ milli təhlükəsizliyinə dəyən zərbənin dərəcəsini müəyyənləşdirməyə çağırıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR