İrəvandakı partlayışda yaralı sayı 30-a ÇATDI
Kateqoriya məlum deyil
İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış zamanı 1 nəfər ölüb, xəsarət alanların sayı 30 nəfərə çatıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hayk Kostanyan bildirib.
Hazırda partlayış yerində yanğınsöndürmə və axtarış işləri aparılır.
Məlumata görə, dağıntılar altında xeyli insan qalıb. Onların arasında ölənlərin ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, bu gün İrəvanda "Surmalu" ticarət mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.






