Yunanıstan tərəfindən ələ keçirilən İran neft tankeri ölkəsinə qayıdır
Dünya
15:16 / 13.08.2022
12077
Yunanıstanın may ayında ABŞ-ın tələbi ələ keçirdiyi İran gəmisinin təxminən 3 ay sonra İrana dönəcəyi açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə İranın Afinadakı səfirliyi yazılı açıqlama yayıb.
“Lana” adlı neft tankerinin saxlanmasından sonra boşaldılan neftin yenidən tankerə köçürüldüyü açıqlanıb.
"Oğurlanmış İran neftinin Yunan sularında "Lana" gəmisinə daşınması davam edir. Gəmi tezliklə tam neft yükü ilə ölkəmizə yola düşəcək”, - məlumatda bildirilir.
Turan Rzayev