FTB Trampdan sonra indi də onu hədəf aldı – Ağ Evdə nə baş verir?
Ötən gün gizli sənədlərin axtarışı üçün sabiq Ağ Ev rəhbəri Donald Trampın evinə təşkil edilən basqından sonra FTB Pensilvaniya ştatının nümayəndəsi olan respublikaçı konqresmen Skot Perrinin telefonunu ələ keçirib.
Sfera.az bildirir ki, bu barədə Perri “CBS News”a danışıb.
O, "Bu səhər ailəmlə səyahət edərkən üç FTB agenti mənim mobil telefonumu müsadirə etdi”, deyə söyləyib.
FTB agentlərinin vəkili ilə əlaqə saxlamağa cəhd etmədiyini qeyd edən Perri telefonunun əlindən alındığı zaman təəccüblənmədiyini, əksinə qəzəbləndiyini bildirib.
"Belə “banan respublikası” taktikaları hər bir vətəndaşı narahat etməlidir", - Perri deyib.
Xatırladaq ki, ötən gün FTB keçmiş ABŞ prezidenti Donald Trampın Floridadakı evinə basqın edib. Sabiq Ağ Ev rəhbəri Florida ştatının “Palm Beach” kurortunda baş vermiş insidenti “elansız basqın” adlandırıb. O, evində nəyin axtarıldığını və oradan nəyin götürüldüyünü açıqlamayıb. Tramp FTB agentlərinin bazar ertəsi, axşam Mar-a-Lago əmlakına basqın etdiyini və onun seyfini sındırdığını iddia edərək, əmlakının hazırda mühasirə altında olduğunu da əlavə edib. İddialara görə, FTB Trampın prezidentliyindən sonra Ağ Evdəki məxfi sənədləri Mar-a-Laqoya qanunsuz ötürməsi ilə bağlı aparılan istintaqla əlaqəli axtarış qərarı verib. Digər bir mənbə aprel ayında ABŞ ədliyyə departamentinin Trampın Florida mülkündən qeydləri silməsi ilə bağlı ilkin mərhələdə araşdırmaya başladığını bildirib.
Günay Rəsulqızı,
Sfera.az