Avropa İttifaqı Rusiyadan daha bir mühüm məhsulun idxalını dayandırıb

Avropa İttifaqı Rusiyadan daha bir mühüm məhsulun idxalını dayandırıb

Avropa İttifaqı bu gündən etibarən Rusiyadan kömür idxalını dayandırıb. 

Sfera.az xəbər verir ki, ittifaq ölkələri Rusiyadan ildə hazırki qiymətlərlə 8 milyard avro dəyərində kömür idxal edirdi. Avropa İttifaqı ölkələri elektrik enerjisi istehsalında istifadə olunan termal kömürün 70 faizini Rusiyadan alırdı.

 

Rusiya Energetika Nazirliyinin məlumatına görə, Rusiya 2021-ci ildə Avropa İttifaqına 48,7 milyon ton kömür satıb.

 

Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı enerji sanksiyalarından birincisi kömür alışına qadağa qoyulması olub. Rusiyadan neft idxalına qoyulan qadağa isə dekabrda qüvvəyə minəcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR