Leysan yağışlar fəlakətə səbəb oldu: 9 ölü, minlərlə ev...
Kateqoriya məlum deyil
Nigeriyanın Kano əyalətində leysan yağışların səbəb olduğu daşqınlarda 9 nəfər həyatını itirib.
Sfera.az xəbər verir ki, Nigeriya Dövlət Fövqəladə Hallar İdarəsi Agentliyinin Kano katibi Sale Jili əyalətin 10 rayonunda leysan yağışlarının daşqına səbəb olduğunu bildirib.
O, təbii fəlakətdə 9 nəfərin həyatını itirdiyini, ən azı 10 nəfərin yaralandığını və 6 min 417 evin zərər gördüyünü qeyd edib.
Turan Rzayev,
Sfera.az






