Logo

İran peyki Rusiya tərəfindən orbitə buraxıldı

İran peyki Rusiya tərəfindən orbitə buraxıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün İrana məxsus “Xəyyam” peyki Rusiyanın “Soyuz” raketi ilə orbitə buraxılıb.

Sfera.az xəbər verir ki, peyk Qazaxıstandakı Baykonur kosmik bazasından göndərilib.

ABŞ-ın “Vaşinqton Post” qəzeti Rusiyanın İranın “Xəyyam” peykindən istifadə edərək Ukraynada casusluq etmək niyyətində olduğunu iddia etmişdi.

Lakin İran Kosmik Agentliyi bu məlumatı təkzib edərək Rusiyanın “Xəyyam” peyki vasitəsilə çəkilmiş fotolardan hərbi məqsədlər üçün istifadə etməyəcəyini bildirmişdi.

Turan Rzayev,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR