Yəməndə ballistik raket partladı: 6 iranlı və livanlı hərbi müşavir öldü
Kateqoriya məlum deyil
Ballistik raketin Yəmən husilərinin düşərgəsinə aparılan zaman partlaması nəticəsində ən azı 6 iranlı və livanlı müşavir həyatını itirib.
Sfera.az xəbər verir ki, "Əl-Ərəbiyyə" və "Əl-Hədəs" televiziyaları partlayış nəticəsində husilərə bağlı bir neçə şəxsin də öldüyünü bildiriblər.
Məlumata görə, ballistik raketin partlaması eyni zamanda, Səna şəhərinin yaxınlığındakı silah yüklü anbarda digər partlayışın yaranmasına səbəb olub.
Turan Rzayev,
Sfera.az






