Logo

Ukraynada Rusiyanın ən yaxşı helikopterçisi öldürüldü

Ukraynada Rusiyanın ən yaxşı helikopterçisi öldürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna ordusu Rusiya Hava-Kosmik Qüvvələrinin polkovniki Vasili Kleşenkonu zərərsizləşdirib.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

"Rusiya Hava-Kosmik Qüvvələrinin ən yaxşı helikopterçisi polkovnik Kleşşenkonun meyiti vurulmuş Ka-52 hərbi helikopterinin dağıntıları altındadır", - məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyinin saytında qeyd edilib ki, Kleşşenko ölkə ordusu aviasiyasının uçuş heyətinin döyüş tətbiqi və yenidən hazırlanması üzrə 344-cü mərkəzin rəis müavini olub.

Zərərsizləşdirilən polkovnik həmçinin ötən il mayın 9-da Qırmızı Meydan üzərində helikopterlərin paradına rəhbərlik edib, bunu Rusiya təbliğat mediasındakı müvafiq nəşrlər sübut edir. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR