Logo

Londonda bina çökdü - Ölən və yaralananlar var

Londonda bina çökdü - Ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin paytaxtı Londonda qaz partlayışı nəticəsində uçan binada bir uşaq ölüb, 3 nəfər isə ağır yaralanıb.

Sfera.az  xəbər verir ki, İngiltərənin paytaxt Londonun cənubundakı Kroydon rayonu yaxınlığında qaz partlayışı nəticəsində bina çöküb.

Rəsmi şəxslərin verdiyi məlumata görə, hadisə nəticəsində 1 uşağın öldüyü, xəstəxanaya aparılan 4 nəfərdən 1-nin müalicəsinin tamamlandığı, 3 nəfərin isə həyati təhlükəsinin davam etdiyi bildirilib.

Yerli vaxtla saat 07:00 radələrində baş verən partlayış ətrafdakı binalara da ziyan vurub, ehtiyat tədbiri olaraq 40-a yaxın bina boşaldılıb. Böyükşəhər polis qrupları hadisə yerini təxminən 50 metr mühasirəyə alıb. Əraziyə 6 yanğınsöndürən maşını və 40 yanğınsöndürən göndərilib.

Hazırda yanğınsöndürmə qrupları axtarış aparır və hadisə yerində təhlükəsizliyi təmin etməyə çalışır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR