Logo

Süni intellekt “səssiz qatil”i aşkarlayacaq

Süni intellekt “səssiz qatil”i aşkarlayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2030-cu ildə Hepatit C xəsətəliyinə yeni yoluxma baş verməyəcək. Britaniyada başladılan yeni səhiyyə proqramı uğurla başa çatdırılarsa, bu fikri əminliklə səsləndirmək olacaq.

Sfera.az xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Sistemi  Hepatit C-ni aşkarlamaq üçün süni intellektdən istifadəyə başlayacaq.

Qeyd edək ki, bu xəstəlik səssiz qatildir və son mərhələyə qədər üzə çıxmır.

Hepatit C müalicə olunmazsa qaraciyərin sirrozu və xərçəng xəstəliyi ilə nəticələnə bilər.

Müasir müalicə üsulları bu virusu tamamilə öldürməyə  imkan versə də,  müalicə bahalı və uzunmüddətlidir.Buna görə britaniyalı mütəxəssislər payızdan etibarən  Hepatit C-ni erkən mərhələdə aşkarlamaq istiqamətində hərəkətə keçəcəklər.(lent.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR