Rusiya-Ukrayna müharibəsi YENİ MƏRHƏLƏDƏ: “Ən ağır döyüşlər Xersona doğru keçir”
Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir.
Sfera.az bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən nəşr edilən hesabatda məlumat yer alıb.
Kəşfiyyat hesabatında, Rusiya qüvvələrinin Ukraynanın əks-hücumunu gözləmək və ya mümkün hücuma hazırlıq məqsədi ilə cənubda toplandığı bildirilib:
“Rusiyaya məxsus hərbi yük maşınları, tanklar, yedəyə alınmış artilleriya və digər silahlardan ibarət uzun karvanlar Ukraynanın Donbas bölgəsindən uzaqlaşaraq cənub-qərbə doğru irəliləməkdə davam edir. Avadanlıqlar Rusiyanın işğalı altında olan Melitopol, Berdiansk, Mariupoldan və Rusiyanın materik hissəsindən Kerç körpüsü ilə Krıma daşınır”.
800-1000 əsgərdən ibarət Batalyon Taktik Qruplarının (BTQ) Krıma yerləşdirildiyi və demək olar ki, Xerson bölgəsindəki rus qoşunlarına dəstək üçün istifadə ediləcəyi bildirilən hesabatda, “Krıma yeni bir BTQ yerləşdirildi. Bunlar çox güman ki, yaxın günlərdə Xerson vilayətinə göndəriləcək. Rusiyanın Ukraynaya qarşı müharibəsi yeni mərhələyə keçmək üzrədir. Ən ağır döyüşlər Zaporijjyadan cənub-qərbdən Xersona doğru və Dnepr çayına paralel uzanan 350 kilometrlik cəbhə xəttinə keçir", - deyə məlumatda qeyd olunub.
Günay Rəsulqızı






