Logo

Çin-Tayvan gərginliyində ŞOK HADİSƏ: Otel otağında ölü tapıldı

Çin-Tayvan gərginliyində ŞOK HADİSƏ: Otel otağında ölü tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çin-Tayvan gərginliyi fonunda şoka salan hadisə yaşanıb.

Sfera.az bildirir ki, Tayvanın əsas raket layihələrinin rəhbəri Ou Yang Li-hsing otel otağında ölü tapılıb.

Tayvan xəbər agentliyi (CNA) Tayvan Müdafiə Nazirliyinin tədqiqat və inkişaf bölməsinin vitse-prezidenti Ou Yang Li-Hsing-in işgüzar səfərə getdiyi Pinqtunq şəhərində hadisənin baş verdiyini açıqlayıb. Təhlükəsizlik səlahiyyətliləri, ölüm səbəbini tapmaq üçün istintaq başladıldığını, müdafiə sahəsində əhəmiyyətli bir ad olan Ou Yang Li-hsing-in qəfil ölümünün ABŞ, Çin və Tayvan arasında artan gərginlik fonunda şübhə doğurduğunu ifadə edib.

Qeyd edək ki, Li-hsing bu ilin əvvəlində təyin olunduğu Çunq-Şan Milli Elm və Texnologiya İnstitutunda bir neçə raket inkişafı layihəsinin rəhbəri olub. Ordunun nəzarətində olan institutun istehsal gücünü iki dəfə artıraraq ildə 500-ə yaxın raket istehsal etməyi hədəflədiyi öyrənilib.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR