Logo

ABŞ-ın öldürdüyü “Əl-Qaidə” liderinin meyiti yoxdur - İDDİA

ABŞ-ın öldürdüyü “Əl-Qaidə” liderinin meyiti yoxdur - İDDİA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əfqanıstan hakimiyyəti “Əl-Qaidə” terror qruplaşmasının lideri Ayman əl-Zəvahirinin cəsədini ABŞ-ın raket zərbəsinin endirildiyi yerdə tapmayıb.

Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu ölkəyə nəzarət edən "Taliban" hərəkatının nümayəndəsi Zəbihullah Mücahid bildirib.

Mücahid jurnalistlərlə görüşdə bu haqda danışıb: “ABŞ pilotsuz təyyarəsinin vurduğu yerdə heç bir cəsəd tapmadıq".

Əl-Zəvahirinin antiterror əməliyyatı zamanı məhv edilməsi avqustun 2-də məlum olub. Həmin vaxt bildirilmişdi ki, Əl-Qaidə lideri gizləndiyi yerin eyvanına çıxan zaman pilotsuz təyyarədən atılan “Hellfire” raketləri ilə öldürülüb.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR