Logo

Məşhur milyonçu faciəli şəkildə ÖLDÜ - FOTO

Məşhur milyonçu faciəli şəkildə ÖLDÜ - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Britaniyalı milyonçu İtaliya sahillərində yaxta qəzasında ölüb.

Sfera.az MK.ru-ya istinadən xəbər verir ki, tibbi maska ​​istehsalı şirkətinin sahibi Din Kronsbeyn Sardiniya sahillərində yaxtanın qəzaya uğraması nəticəsində dünyasını dəyişib.

61 yaşlı milyonçu göyərtədə həyat yoldaşı və qızı ilə birlikdə olub. Onlar sağ qalıb, lakin ağır yaralanıblar.

İlkin məlumatlara görə, qəza Porto Çervo kurortunun yaxınlığında baş verib. Kapitan yaxtanı qarşıdan gələn gəmidən uzaqlaşdırmaq istəyərkən idarəetməni itirib. Yaxta sonda sualtı qayalara çırpılıb və Kronsbeyn dənizə düşüb. O, göyərtəyə qaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Britaniya hökuməti iş adamının ailəsinə yardım edir və hazırda italiyalı həmkarları ilə əlaqə saxlayır.

Məşhur milyonçu faciəli şəkildə ÖLDÜ - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR