Logo

Almaniya miqrant qəbulunu məhdudlaşdırdı - SƏBƏB

Almaniya miqrant qəbulunu məhdudlaşdırdı - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniya miqrant qəbulunu məhdudlaşdırıb Almaniyanın bəzi bələdiyyələri və əyalətləri ukraynalı qaçqınlar üçün yerlərin azlığı səbəbindən miqrantların qəbuluna moratorium qoyub.

Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda məlumatı Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazıb.

Qəzet yazır ki, qaçqınların sayının çox olmasına görə bir çox rayonda gərgin vəziyyət yaranıb. Xüsusilə, Brandenburq əyalətində bir neçə rayon həddindən artıq əhali sıxlığı ilə üzləşib, Saksoniyada isə sosial müavinətlər üçün vəsait çatışmazlığı səbəbindən yalnız orada yaşayan qohumları olan əcnəbilər qəbul edilir. Məqalədə qeyd olunur ki, Almaniyanın bu cür məhdudiyyətlər tətbiq edən torpaqları, bölgələri və kommunaları bunu yerli məktəblərin, uşaq bağçalarının, tibb və dövlət müəssisələrinin həddən artıq yüklənmədən qorunmasının zəruriliyi ilə əlaqələndirirlər.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR