Logo

Talibandan ABŞ hücumları ilə bağlı açıqlama: Doha razılaşmasının pozulması...

Talibandan ABŞ hücumları ilə bağlı açıqlama: Doha razılaşmasının pozulması...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Taliban sözçüsü Zabihullah Mücahid ABŞ-ın Kabildə Əl-Qaidə lideri Ayman Zəvahirinin öldürüldüyü PUA hücumunu qınayıb.

Sfera.az xəbər verir ki, bu barədə o, Twitter hesabında yazıb.

Mücahid hücumu pisləyərək bunun beynəlxalq prinsiplərin və ABŞ ilə Taliban arasında 2020-ci ildə xarici qüvvələrin Əfqanıstanı tərk etməsinə dair əldə edilmiş Doha razılaşmasının pozulması olduğunu bildirib.

Mücahid Zəvahirinin ölümü ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, bazar günü səhər saat 06:00 radələrində Kabilin 3 fərqli nöqtəsində şiddətli partlayış səsləri eşidilib. Taliban rəhbərliyinin Daxili İşlər Nazirliyindən verilən açıqlamada Şerpur rayonunda boş bir evə raket hücumu edildiyi, lakin can itkisinin olmadığı bildirilib.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR