Logo

Türkiyə hərbi təyyarələrini Ukraynadan geri qaytarır

Türkiyə hərbi təyyarələrini Ukraynadan geri qaytarır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Hərbi Hava Qüvvələrinin Kiyevdəki iki təyyarəsi tezliklə daimi bazalarına qayıda biləcək.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə bildirib.

"Biz bu məsələni həm Rusiya, həm də Ukrayna ilə müzakirə edirik. Təyyarələr ilk fürsətdə geri qayıdacaq. Bunun yaxın günlərdə baş verə biləcəyini istisna etmirəm", - nazir deyib.

Qeyd edək ki, Türkiyənin hərbi nəqliyyat təyyarələri fevralın 24-dən Kiyev Borispol hava limanındadır. Akarın Ukrayna və Rusiya hakimiyyət orqanları ilə danışıqlarında onların Türkiyəyə qayıtması məsələsi dəfələrlə müzakirə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR