Türkiyənin Balıkəsir bölgəsində meşə yanğını başladı - VİDEO
Kateqoriya məlum deyil
Türkiyənin Balıkəsir bölgəsində meşəlik ərazidə güclü yanğın başlayıb.
Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Hallaçlar rayonunda qeydə alınan hadisə yerinə iki təyyarə, beş helikopter, beş tanker, dörd su təchizatı maşını və təcili tibbi yardım maşını cəlb edilib.
Yanğının başlama səbəbi hələlik məlum deyil.






