Logo

İran hökumətinə müxalif din xadiminin ölkədən çıxışına qadağa qoyuldu 

İran hökumətinə müxalif din xadiminin ölkədən çıxışına qadağa qoyuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur din xadimi Ayətullah Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin ölkədən çıxışına qadağa qoyulub.

Sfera.az xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, İran hökumətinin tənqidçilərindən olan Hüseyn Şirazinin pasportu hava limanında əlindən alınıb.

Hüseyn Şirazi 2017-ci ildə Əli Xameneyini tənqid edərək onu Misir fironlarına oxşatdıqdan sonra hökumətin hədəfinə çevrilmişdi.

Qeyd edək ki, Ayətullah Sadiq Şirazi şiələr arasında nüfuzlu din xadimlərindən sayılır. O və oğlu İranda din xadimlərinin hakimiyyətdə olmasına qarşıdırlar.

Turan Rzayev,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR