Logo

Kreml: Putin və Bayden arasında danışıq planlaşdırılmır

Kreml: Putin və Bayden arasında danışıq planlaşdırılmır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kreml Ukraynadakı vəziyyətlə bağlı Qərbin hər hansı güzəştə gedəcəyini görmür.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında hələlik danışıq planlaşdırılmır.

“Hələlik Putin və Baydenlə bağlı plan yoxdur. Lavrov və Blinken arasında mümkün söhbətə gəlincə, sizdən həmkarım Mariya Zaxarova ilə əlaqə saxlamağınızı xahiş edirəm”, - Dmitri Peskov bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR