Bu bazarın həcmi 200 milyard dollar çatır: Bu sektora maraq artır
Dünyada mobil və kompüter oyunları bazarının dəyəri 200 milyard dollara çatır.
Sfera.az xatırladır ki, pandemiya dövründə yüksək dövriyyəyə sahib olan oyun sənayesinin qlobal bazar həcmi 176 milyard dollara çatmışdı Bunun 90 milyard dolları mobil oyunların payına düşürdü.
Bu ilin sonuna qədər qlobal bazar həcminin 200 milyard dollara çatacağı gözlənilir.
Məlumatlara əsasən bütün ölkələrdə mobil və computer oyunlarına maraq artır. Bunun səbəbi informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar visual görüntülərin daha keyfiyyətli olması, eyni zamanda proqramlaşmanın inkişafıdır. Oyunların proqram təminatı daha güclüdür, oyunlarda ehtimallar daha çoxdur.
Texnoloji imkanların yaxşılaşması oyun bazarının həcminin ildən-ilə sürətlə artacağını göstərir.
Vasif
Sfera.az






