Fabrikdə partlayış baş verdi: 11 nəfər yaralandı
Kateqoriya məlum deyil
Kocaeli Arslanbəy sənaye bölgəsində fəaliyyət göstərən sinkləmə fabrikinin qazanxanasında naməlum səbəbdən partlayış olub.
Sfera.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Xidməti, yanğınsöndürənlər və polis qrupları göndərilib.
İlk müdaxilədən sonra partlayışda yaralanan 11 nəfər təcili yardım maşınları ilə Kocaeli Dövlət xəstəxanasına aparılıb.
Partlayış nəticəsində fabrikə ziyan dəyib.
Turan Rzayev






