Logo

Britaniyada koronavirusa qarşı saqqız hazırlandı

Britaniyada koronavirusa qarşı saqqız hazırlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Britaniya alimləri COVID-19-a yoluxma riskini azaldan daha bir dərman icad ediblər.

Sfera.az xəbər verir ki, Pensilvaniya Universitetinin Stomatologiya fakültəsinin əməkdaşları insan tüpürcəklərindəki koronavirusu zərərsizləşdirən saqqız ixtira ediblər.

Elm ocağının professoru Henri Deniellin sözlərinə görə, saqqızın tərkibində elmi ictimaiyyətdə angiotenzinçevirici ferment-2 kimi tanınan membran zülalı var. Bu maddə kahı hüceyrələrindən süni şəkildə yetişdirilib.

İngilislərin fikrincə, onların gəldiyi nəticələr ilk baxışdan göründüyü qədər sadə deyildi. Məsələn, elm adamları tədqiqat üçün həmçinin “Omikron” və “Delta” ilə yoluxmuş insanların tüpürcəklərindən istifadə ediblər. Nəticədə tüpürcəyin saqqızın reseptorlarına yapışdığı və bununla da ağız boşluğunda infeksiya ehtimalının, demək olar ki, tamamilə - 95% azaldığı məlum olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR