ABŞ Reyqan gəmisini Tayvan boğazına göndərir - GƏRGİNLİK
Kateqoriya məlum deyil
ABŞ-ın nüvə enerjisi ilə işləyən Reyqan adına təyyarədaşıyan gəmisi Cənubi Çin dənizinə doğru yola çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə “South China Morning Post ”nəşri məlumat yayıb .
Qeyd olunur ki, müşayiət gəmiləri olan aviadaşıyıcı ötən bazar ertəsi Sinqapuru tərk edərək şimal-şərq istiqamətinə istiqamət alıb.
Həmçinin bildirilir ki, təyyarədaşıyan gəmi bu istiqamətdə hərəkətini davam etdirsə, Tayvan boğazına çata bilər.
Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei bildirib ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfərini ləğv etməsə, Çin ordusu bu səfərin qarşısını almaq üçün addımlar atacaq.
Çin Xalq Respublikası Tayvana və onun hökumətinə rəsmi nəzarət etməsə də, adanı öz ərazisi hesab edir.






