Pakistanın iki təyyarəsi toqquşmaqdan son anda qurtuldu
Kateqoriya məlum deyil
Pakistan hökumətinin məlumatına görə, bu ölkəyə məxsus iki sərnişin təyyarəsi İran səmasında bir-biri ilə toqquşmaqdan son anda qurtula bilib.
Sfera.az xəbər verir ki, Pakistanın Aviasiya Şirkətinin məsul şəxsləri qəzanın səbəbini belə izah edib.
Hadisəni İranın hava hərəkətinə nəzarət üzrə rəsmilərinin "insan səhvi" adlandırıblar.
Pakistan Aviasiya Şirkətindən verilən məlumata görə, hadisə ötən həftənin bazar günü İranın hava hərəkətinə nəzarət rəsmilərinin Pakistan təyyarələrindən birinin hava dəhlizini qəfil dəyişərək hündürlüyünü aşağı salmasından sonra baş verib.
Turan Rzayev






